26 yaşlı qadın evinin hamamında asılı vəziyyətdə tapıldıbackend

26 yaşlı qadın evinin hamamında asılı vəziyyətdə tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə 26 yaşlı qadın evinin hamamında asılı vəziyyətdə tapılıb.

Bu barədə “Hürriyət” məlumat yayıb.

Bildirilib ki, hadisə Antalya şəhərində baş verib.

Belə ki, Cansu K. adlı qadının meyiti sevgilisi tərəfindən aşkar edilib. Bir gün ərzində sevgilisindən xəbər ala bilməyən kişi onun evinə gedib və dəhşətli mənzərə ilə üzləşib.

Polislər və təcili tibbi yardım əməkdaşları hadisə yerinə gəlib. Onun meyiti morqa yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.