262 koronavirus xəstəsi və şübhəlisi evində tapılmadıbackend

262 koronavirus xəstəsi və şübhəlisi evində tapılmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Samsun şəhərinin Səhiyyə müdiri Dr. Muhammet Ali Oruçun açıqlaması eşidənləri dəhşətə gətirib.

Şəhərdə koronavirus testi pozitiv çıxan və şübhəli təmas səbəbindən evlərində karantində qalması vacib olan 262 nəfərin yaşayış yerlərində tapılmadığı açıqlanıb.

Muhammet Ali Oruç “Samsunda son 20 gün ərzində 2 min xəstəmizi ziyarət etdik. Bunlar içərisində 262 testi pozitiv çıxan və şübhəli təmaslı şəxsi evində tapmadıq. Lazımı hüquqi qiymət veriləcək” deyib.

//Milli.az