Nigar Şabanova zəlzələ bölgəsində tək qalan türk tələbəni Bakıda EVİNDƏ SAXLAYACAQ – VİDEObackend

Nigar Şabanova zəlzələ bölgəsində tək qalan türk tələbəni Bakıda EVİNDƏ SAXLAYACAQ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artisti Nigar Şabanova örnək addımı ilə gündəmə gəlib.

Editor.az bizim media-ya istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Səhər mərkəzi” verilişində məlumat verib.

Şabanova bildirib ki, Türkiyədə zəlzələ bölgəsində xalası nəvəsi ilə birgə təhsil alan Burcu adlı qızı Bakıya gəlməsini üzərinə götürüb, bir müddətlik evində qonaq edəcək.

“Xalam nəvəsi zəlzələ bölgəsində təhsil alırdı. Elə oldu ki, onlar qaldıqları “yurd”ları boşaltmalı oldular. Nəticədə həkimliyi oxuyan yaxın rəfiqəsi Burcu adlı bir qız yolların zəlzələdən dağıldığından evlərinə dönə bilməyib. Onun valideynləri hazırda çadırda yaşayır. Burcu söylədi ki, burada qalıb, insanlara yardım etsəm daha yaxşıdır. Amma hər kəs tələbə yataqxanasından getdikdən sonra Burcu tək qaldı.

Xalam nəvəsi söylədi ki, o, burada tək qalıb. Ürəyim buna tab gətirə bilmədi. Bir xalam nəvəsi, bir də Burcudur. O qızın Bakıya gəlməsini öz boynuma götürdüm. Bölgələrindəki vəziyyət yaxşılaşana, düzələnə və təhsil yenidən bərpa olunacağına qədər Burcu evimdə qalacaq. Qapım hamının üzünə açıqdır. Buradan eşidib, duyan varsa oradan onların Bakıya gəlmələrinə və evimdə qalmaqlarına kimi boynuma götürə bilərəm. Hər şəraitdə onlara kömək etməyə hazıram”, – deyə Nigar vurğulayıb.