269 nömrəli tam orta məktəbdə nə baş verir? – Kütləvi yoluxma…backend

269 nömrəli tam orta məktəbdə nə baş verir? – Kütləvi yoluxma…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər veydiyimiz kimi, paytaxtın Xatai rayonunda yerləşən 269 nömrəli tam orta məktəbdə 20 nəfər koronavirusa yoluxub.

Bir qrup valideynin  verdiyi məlumata görə, dünən təhsil hissə müdirinin (завуч) və daha bir müəllimin də testi pozitiv çıxıb.

Bu səbəbdən övladlarının sağlamlığını düşünən valideynlər məktəbin fəaliyyətinin distant təhsil formasında davam etdirməsi üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyini gözləyirlər.

ölkə üzrə hazırda 542 sinif distant təhsildədir. Bu, ölkə üzrə ümumtəhsil məktəblərinin 0,6 faizini təşkil edir.

Respublikanın ümumtəhsil məktəbləri üzrə bu vaxta qədər 5042 şagird və 3388 müəllim koronavirusa yoluxub.

Ölkədə mövcud 4432 ümumtəhsil məktəbindən 31-i distant təhsilə keçib.

Milli.az