Gəncədə gənclər arasında “27 sentyabr – Anım Günü”nə həsr olunmuş intellektual oyun təşkil olunub.
Editor.az xəbər verir ki, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncə Gənclər Evi və Gəncə İntellektual Klubunun birgə təşkilatçılığı ilə “27 sentyabr – Anım Günü”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “ZƏFƏR YOLUNUN BAŞLANĞICI” şüarı altında fərdi onlayn turnir keçirilib.
Qeyd edək ki, 30-dan çox gəncin iştirak etdiyi turnirdə ilk üç yer belə formalaşıb:
“I yer – Xalid Verdiyev”
“II yer – Fərid Orucov”
“III yer – Asiman Musayev”

//Editor.az

