Qondarma rejim yeni görüş təklif edir: Bakının cavabı nə olacaq?-AÇIQLAMAbackend

Qondarma rejim yeni görüş təklif edir: Bakının cavabı nə olacaq?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qondarma rejimin istəyindən asılı olmayaraq Azərbaycan tərəfinin heç bir halda belə bir görüşə razı olacağını düşünmürəm”.

Bu fikirləri Editor.az-a politoloq Aytən Qurbanova Qarabağdakı qondarma rejimin Azərbaycan dövlət təmsilçiliyi ilə görüşmək istəyinə Azərbaycanın cavabını şərh edərkən bildirib.

Onun sözlərinə görə, belə provokativ xəbərlərin paylaşılması kifayət qədər məkrli və hiyləgər siyasətin tərkib hissədir:

“Çünki Ermənistanın  hərbi-siyasi hakimiyyəti, qondarma rejim və onu himayə edən siyasi dairələr bu vasitə ilə Azərbaycana qarşı növbəti təzyiq mexanizmləri yarada biləcəklərini düşünürlər. Belə ki, Azərbaycan tərəfinin bu formatda təklif olunan görüşdən imtina edəcəyini çox gözəl bildikləri üçün Bakını hədəf göstərərək reinteqrasiya prosesinin qeyri-mümkün olması təəssüratı yaratmağa çalışırlar. Halbuki Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş görüşlər və fərqli platformalardakı çıxışları zamanı aydın şəkildə ifadə etmişdir ki, Azərbaycan Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış erməni icmasının nümayəndələri ilə rəsmi təmasların qurulmasına hər zaman hazırdır. Hətta Xocalıda baş tutan görüş və davamında Bakıda görüşlərin keçirilməsi ilə bağlı ardıcıl şəkildə iki dəfə təşəbbüsün irəli sürülməsi buna bariz nümunədir”.

Politoloq qeyd edir ki, belə bir təkliflə çıxış etməklə qondarma rejimin üçüncü tərəf olaraq təqdim edilməsi cəhdləri də müşahidə edilir :

“Bu isə yolverilməzdir. Ona görə də son günlər baş verən təxribatlar fonunda belə bir addımın atılması Ermənistan tərəfinin öz işğalçılıq siyasətindən diqqəti yayındırmaqla növbəti dəfə üçüncü və ya dördüncü tərəflərin proseslərə cəlb olunması cəhdləri kimi qiymətləndirilə bilər “.

//Safura Bənnayeva, Editor.az