“İran-Azərbaycan münasibətlərinin normallaşmasında ilk addımı Tehran atmalıdır”-AÇIQLAMAbackend

“İran-Azərbaycan münasibətlərinin normallaşmasında ilk addımı Tehran atmalıdır”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran-Azərbaycan münasibətləri son zamanlar gərginliyə səbəb olsa da iki ölkə arasında müxtəlif sahələrdə strateji əlaqələr var”.

Bu fikirləri Editor.az-a açıqlamasında Ağ Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədli bildirib.

 

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi artmaqdadır: ” Belə ki, 2021-ci ildə iki ölkənin ticarət dövriyyəsi 441 milyon dollar olduğu halda bu göstəricilər keçən il 65 milyon dollar və ya 15 faiz artaraq yarım milyarda çatmışdır. Eyni zamanda, Azərbaycanla İran arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq mövcuddur. Bu səbəbdən iki qonşu ölkələr arasında münasibətlərin normallaşması ümumi maraqlarımıza xidmət edir. Həmçinin bu bölgədəki stabillik üçün də önəmlidir. Azərbaycan onsuz da hər bir qonşu ölkə ilə daim sülh və əmin- amanlığın tərəfdarı olub “.

K. Məmmədli hesab edir ki, ,son zamanlar artan gərginliyin səbəbi də məhz İranın təxribat xarakterli addımlarıdır:

“İran səhvlərini başa düşüb münasibətlərin normallaşmasını istəyirsə, biz buna müsbət baxmalıyıq. O ki qaldı , səfirliyimizin yenidən fəaliyyətə başlamasına fikrimcə bu, İranın öz öhdəliklərini yerinə yetirməsindən asılıdır. İran höküməti səfirliyimizin təhlükəsizliyini təmin edilməsi barədə yeni öhdəliklər götürməli və mühafizə xidmətini gücləndirməlidir. Bir daha belə halın təkrarlanmayacağı barədə öhdəlik götürməlidir. Yalnız bundan əmin olduqdan və müvafiq müsbət addımlar atdıqdan sonra düşünürəm ki yenidən səfirliyimizin fəaliyyəti bərpa edilə bilər. Hesab edirəm ki, biz bizə qarşı atılan müsbət addımlara açıq olmalıyıq. Ancaq bu addımı ilk təxribatı törədən İran atmalıdır”.

//Safura Bənnayeva, Editor.az