28 nəfərə qarşı dələduzluq edən şəxs saxlanıldıbackend

28 nəfərə qarşı dələduzluq edən şəxs saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda dələduzluqla məşğul olan şəxs saxlanılıb.

Editor.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, şəhər polis idarəsinin 1-ci polis bölməsinə Yevlax rayon sakini A.Abışovanın aldadılaraq 550 manat pulunun alınması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən F.İsmayılov müəyyən edilərək saxlanılıb.

Ətrafında aprılan tədbirlərlə onun daha 25 nəfərə qarşı dələduzluq etməsi, habelə Sumqayıt şəhər sakinləri olan 2 nəfəri aldadaraq onlardan ümumilikdə 6600 manat pul alması da müəyyən edilib.