28 yaşında nazir olan gənc qadın fotoları ilə hər kəsi heyrətləndirir – FOTObackend

28 yaşında nazir olan gənc qadın fotoları ilə hər kəsi heyrətləndirir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveçdə yeni hökumətdə nazirliklərə rəhbərlik edəcək şəxslər arasında qadınlar üstünlük təşkil edir…

Norveçdə keçirilən seçkilərdən sonra yeni hökumət qurmaq üçün səylərini davam etdirən Sosial Demokrat İşçi Partiyası və Mərkəz Partiyası öz proqramlarını açıqlayıb.

AP(Sosial Demokrat İşçi Partiyası) sədri Conas Qahr Store oktyabrın 13-də verdiyi açıqlamada yeni hökumətin atacağı addımları açıqlasa da, bəzi nazirliklərə gətirilən adlar açıqlanmamışdı.

Qadınların üstünlük təşkil etdiyi nazirliklərin siyahısı ilk dəfə Norveç kralına verilib. Yeni hökumətdə 11 nazirlik AP arasında, 8 nazirlik isə SP arasında bölüşdürülüb. Yeni hökumətdə 19 nazirliyə rəhbərlik edəcək şəxslər arasında qadınlar üstünlük təşkil edir. Belə ki, İdarə Heyətində 10 qadın, 9 isə kişi nazir mövcuddur.

Onlar arasında ən gənci- 28 yaşlı qadın ədliyyə naziri sosial şəbəkədə geniş müzakirələrə yol açıb.

Norveçin ən gənc ədliyyə naziri olan 28 yaşlı Emilie Enger Mehl ilə sizi tanış edək.

Emilie Enger Mehl 24 yaşında parlamentə daxil olub və dörd ildən sonra Ədliyyə və İctimai Təhlükəsizlik naziri olub. Emilie Mehl qadınların üstünlük təşkil etdiyi kabinetdədir. O, Norveçin Nazirlər Kabinetində yeganə qadın deyil. İdarə Heyətinin 19 üzvündən 10-u qadındır.

Görməyə alışdığımızın əksinə olaraq, Emilie Mehl “İnstagram” hesabında tez-tez paylaşımlar edir.

Mehl paylaşımları ilə onu izləyən hər kəsi heyrətləndirir. Heç bir tərəddüd etmədən onu izləyən insanlarla hər anını bölüşür.(Musavat.com)