Delimitasiya və demarkasiya prosesi hansı xəritələrə əsaslanacaq?-AÇIQLAMAbackend

Delimitasiya və demarkasiya prosesi hansı xəritələrə əsaslanacaq?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan tərəfinin 1975-ci il SSRİ Baş Qərargahı tərəfindən bir daha müəyyənləşdirilmiş xəritələr üzərində dayanması təsadüfi deyil. Çünki 1920-ci il dekabrın 1-dən, 1975-ci ilə qədərki dövrdə zaman-zaman Azərbaycan torpaqlarının Ermənistan SSR-ə hədiyyə edilməsi prosesi həyata keçirilib”.

Bu fikirləri Editor.az-a  BAO sədrinin müavini, fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın , Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyası üzrə komissiyaların dördüncü iclasında demarkasiya üçün hansı ilin xəritəsinin əsas götürülməsi ilə bağlı razılıq əldə olunmadığı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ərazilərimiz müxtəlif dövrlərdə Ermənistan SSRİ-yə verilib:

“1929-cu ilə qədər Naxçıvanla Zəngilan arasında Mehri rayonu yaradıldı. Elə həmin il daha 9 kənd də Mehri rayonuna verildi. Gədəbəy rayonun Başkənd ərazisi də eyni taleyi yaşadı. 1930-1975-ci illərdə də zaman-zaman Qazax, Naxçıvan və digər ərazilərdən torpaqlarımız müxtəlif bəhanələrlə Ermənistan SSRİ-ə verilmişdi. Keçmiş ” Dağlıq Qarabağ Muxtar Vilayəti”nin də ərazisi genişləndirilmişdi. Hətta 1960-cı illərin sonu 70-ci əllərin əvvəli həmin ərazi o qədər genişləndirilmişdi ki, hardasa Ermənistan ilə ərazi yaxınlığı yaranmışdı”.

Siyasi şərhçi dediklərinə əsasən Ermənistanın delimitasiya və demarkasiya prosesinin bu xəritələr üzərində aparmaq istədiyinə diqqət çəkib:

“Rusiya da bunda maraqlıdır. Azərbaycana isə bu qətiyyən sərf etmir. Ən real variant 1920-ci il dekabrın 1-nə qədər olan xəritələrdir. Rəsmi Bakının 1975-ci il xəritəsi ilə razılaşması Başkənd kəndi ilə yanaşı, Qarabağ ərazisi üçün də təhdid formalaşdırır. Bu, bir çox strateji ərazilərin itirilməsinə səbəb ola bilər. Bəzən Ermənistan tərəfindən açıqlamalar verilir ki, Qazaxın 7 kəndi və Kərkini qaytarmağa hazırdırlar. Əslində isə bütün bunlar bizim əleyhimizə işləyir “.

//Safura Bənnayeva, Editor.az