29 “Şahed”in 28-i vuruldubackend

29 “Şahed”in 28-i vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 21-nə keçən gecə ruslar “Şahed-131/136” tipli 29 hücum PUA-sı ilə Ukraynaya hücum edib. Onlardan 28-i vurulub.

Editor.az bildirir ki, bu barədə Telegram-da Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrindən məlumat veriblər: “Zenit döyüşləri nəticəsində Odessa, Nikolaev, Dnepropetrovsk, Xarkov, Cherkassy, Xerson və Kirovoqrad vilayətlərində 28 “Şahed” vuruldu”. Bildirilir ki, işğalçılar üç – Rusiyanın Primorsko-Axtarsk və Kursk şəhərləri və müvəqqəti işğal olunmuş Krım istiqamətlərindən hücuma keçiblər. İşğalçıların hava hücumu Ukrayna Müdafiə Qüvvələrinin mobil atəş qrupları tərəfindən dəf edilib.

Əməliyyatda Hərbi Hava Qüvvələri, Quru Qoşunlarının zenit-raket bölmələri, qırıcı təyyarələr və elektron döyüş bölmələri iştirak edib.

//Samir Qurbanov, Editor.az