29 yaşlı Hüseynin çimərlikdə şəkil çəkdirmək arzusu ÖLÜMLƏ NƏTİCƏLƏNDİbackend

29 yaşlı Hüseynin çimərlikdə şəkil çəkdirmək arzusu ÖLÜMLƏ NƏTİCƏLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə çimərlikdə şəkil çəkdirmək istəyən gənc oğlan həyatını itirib.

Editor.az Lent.az-a istinadla bildirir ki, hadisə avqustun 7-də Kocaeli vilayətinin Kandıra qəsəbəsində qeydə alınıb.

29 yaşlı Hüseyn Yılmaz adlı şəxs şəkil çəkdirmək üçün qayaların üzərinə çıxıb. Bu zaman isə o dəhşətli hadisənin qurbanı olub. Belə ki, şiddətli dalğalar gənc oğlanı qayalardan dənizə salıb.

Aparılan axtarış tədbirlərindən sonra nəhayət avqustun 10-da onun meyiti sahildən 200 metr kənarda tapılaraq aidiyyatı üzrə təhvil verilib.