29 yaşlı iki uşaq anası əməliyyatda ÖLDÜ – VİDEObackend

29 yaşlı iki uşaq anası əməliyyatda ÖLDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

29 yaşlı iki uşaq anası Aybəniz Almuradova qarın liposaksiyası zamanı dünyasını dəyişib.

Editor.az  Gecce.Az İnstagram hesabına istinadən xəbər verir ki, gənc ana əməliyyat zamanı şoka düşüb və günlərlə komada qaldıqdan sonra vəfat edib.

Mediada Aybəniz Almuradova adlı gənc xanımın mini liposaksiya zamanı əməliyyat masasında dünyasını dəyişdiyi xəbəri yayılıb. Gənc xanımın ölümündə həkim Mətanət Eyvazova qınanılıb.

Həkim Mətanət Eyvazova ilə əlaqə yaratdıq, həqiqəti onun dilindən eşitmək istədik. Həkim xəstənin ölümündə onun əli olmadığını bildirdi:

“Xəstəyə əlim belə dəyməyib. Əməliyyatdan öncə müvafiq müayinələrdən keçib. Hər şey qaydasında olub. Xəstənin halı narkoz verilən zaman pisləşib, bir neçə gün komada qalıb. Xəstəyə liposaksiya məqsəsi ilə mən tərəfindən qəti şəkildə toxunulmayıb. Bildiyiniz kimi xəstə əməliyyata hazırlanır, daha sonra həkim əməliyyat otağına daxil olub, proseduru icra edir. Mən qəbul otağımda olarkən, onun halı pisləşib. Barəmdə yazılan dezinformasiyaları qəbul etmirəm. Artıq hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Haqlı olduğumun sübutu var”.

Mərhumun məzarından olan görüntüləri təqdim edirik: