29 yaşlı Rəşad faciəvi şəkildə öldü – Təfərrüatbackend

29 yaşlı Rəşad faciəvi şəkildə öldü – Təfərrüat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar rayonunda 29 yaşlı oğlanın dəm qazından boğulmasının təfərrüatı məlum olub.

Editor.az  unikal-a istinadən xəbər verir ki, bədbəxt hadisə Biləsuvar rayonunun Ovçubərə kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1995-ci il təvəllüdlü Rəşad Əlibala oğlu İbabəyli yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Onun ölümünə səbəb qaz sobasının borusunda quşların yuva qurması olduğu bildirilir. Məlumata görə, mərhum subay olub.

Faktla bağlı araşdırma aparılır.

———-
15:02

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Ovçubərə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Rəşad Əlibala oğlu İbabəyli yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.