İrlandiya polisi 157 milyon avroluq kokain müsadirə edibbackend

İrlandiya polisi 157 milyon avroluq kokain müsadirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrlandiya polisi Cork sahillərində keçirilən əməliyyat nəticəsində ələ keçirilən yük gəmisindən 2,2 tondan çox, dəyəri təxminən 157 milyon avro olan kokain müsadirə edib və bu, ölkə tarixindəki ən böyük müsadirə olub.

Editor.az bildirir ki, bu barədə RTE teleradio şirkəti məlumat yayıb. Müsadirə edilmiş “MV Metyu” gəmisi Cork limanında yoxlanılır və məhkəmə-tibbi ekspertizadan keçirilir.

Polis 25 nəfərlik ekipajı dindirir, 3 nəfər isə həbs olunub. Komissarın köməkçisi Castin Kelli narkotiklərin Cənubi Amerika kokain kartellərindən qaynaqlandığını və İrlandiya, Böyük Britaniya və Cənubi Amerika ilə birbaşa əlaqəsi olan Avropadakı bir sıra mütəşəkkil cinayət qruplarının narkotikləri yaymaq üçün birləşdiyini söyləyib.

“Bu kimi iri yüklər İrlandiya cinayətkar dəstəsinin iştirakı olmadan bizim limanlarımıza çatmır və ya ölkəmizdən keçmir”.

İrlandiya Hərbi Dəniz Qüvvələrinin dəniz komandiri gəminin ələ keçirilməsini son dərəcə mürəkkəb hərbi əməliyyat kimi qiymətləndirib. Gəminin müsadirəsi pis hava şəraiti ilə çətinləşib. Gəmiekipajı təlimatları yerinə yetirməkdən imtina etdiyi üçün əməliyyat zamanı dəniz xidməti xəbərdarlıq atəşi açıb.

//Samir Qurbanov, Editor.az