“”3+3″ formatı həm siyasi təhlükəsizlik, həm də iqtisadi baxımdan böyük potensial vəd edir”-ŞƏRHbackend

“”3+3″ formatı həm siyasi təhlükəsizlik, həm də iqtisadi baxımdan böyük potensial vəd edir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məlumdur ki, Azərbaycanın 24 saatlıq antiterror tədbirlərindən sonra Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədi imzaladı. Müharibədən sonra Azərbaycan daima sülh mövqeyini açıq şəkildə bəyan edib, dəfələrlə sülhlə bağlı çağırışlar səsləndirib. Lakin bu günə kimi sülhə mane olan tərəf Ermənistan və yandaşlarının qanunsuz tələbləri idi. İndi isə Ermənistan baş naziri vaxtilə Azərbaycanın təklif etdiyi 3+3 çərçivəsində görüşə hazır olduğunu bəyan edir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkili vurğulayıb ki, artıq iki tərəf arasında baş tutacaq görüşlərin bütün tələb və prinsiplərini Azərbaycan müəyyən edir:

“Düşünürəm ki, bundan sonrakı mərhələdəki danışıqlar Cənubi Qafqazın inkişaf və sabitliyinə xidmət edəcəkdir. İştirakçı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün “3+3″ regional platforması tamamilə uyğundur. Bəhs olunan platformada region dövlətləri ilə Azərbaycanın maraqları üst-üstə düşür. Bu görüşlərdə əldə olunacaq vacib məsələlərdən biri də dəhlizin açılmasıdır ki, bu məqsəd reallaşdıqdan sonra bütün region ölkələri yeni infrastruktur layihəsindən fayda götürəcək”.

M.Cəfərov “3+3” formatının həm siyasi və təhlükəsizlik, həm də iqtisadi baxımdan böyük potensial vəd etdiyini bildirib:

“Formata daxil olan ölkələr arasında qarşılıqlı sərmayə qoyuluşu, sənaye, aqrar və xidmət sektorunda əməkdaşlıq imkanları çox genişdir. “3+3″ formatı regional ticarətin və bu yolla iqtisadi artımın sürətlənməsinə səbəb ola bilər. Cənubi Qafqaz ölkələri üçün böyük satış bazarı olacaq Rusiya, Türkiyə və İranla ticarət əlaqələrinin möhkəmlənməsi və inkişafı, sözsüz ki, 3+3 formatının yaratdığı ən əlverişli imkanlardan biridir”.

//Gülnarə Abasova, Editor.az