“3+3″ formatı reallaşır? ” Bu istiqamətdə yaxın vaxtlarda ciddi irəliləyişlər əldə ediləcək”backend

“3+3” formatı reallaşır?: ” Bu istiqamətdə yaxın vaxtlarda ciddi irəliləyişlər əldə ediləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva Cənubi Qafqaz üzrə 3+3 formatının (Azərbaycan, Rusiya, Türkiyə, İran, Ermənistan, Gürcüstan) ən yaxın zamanda işə salınacağını təxmin edir. Görünür, Moskva platformanın tezliklə reallaşmasını istəyir.

Zaxarovanın “3+3” formatı ilə bağlı  dediklərini  Editor.az-a  şərh edən Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov bildirib ki, söylənilənlər ilk növbədə İrana və Ermənistana ismarıcdır:

“Çünki İran tərəfi hələ ki bu formatı dəstəklədiyini bəyan edən açıqlama verməyib. Rusiyanın da indiki marağı Türkiyə və Azərbaycanla danışıqların yekunu olaraq müxtəlif layihələrin reallaşması və bölgədə gərginliyin azaldılmasıdır. İndiki məqamda Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan arasında 2+2 formatının reallaşacağı məlumdur. Gürcüstan və İran isə sonradan bu platformaya qoşula bilər. Postmünaqişə dövrünün ilkin aylarında Gürcüstan bu platformaya qoşulmağa tərəddüd edirdisə, bu gün artıq rəsmi Tiflis qoşulma ilə bağlı optimist düşüncələrə malikdir. Bu, Türkiyə-Gürcüstan arasında davam edən dialoqun nəticəsidir”.

Siyasi analitik bildirib ki,  Azərbaycan Zəngəzur dəhlizi açıldıqdan sonra həm Zəngəzur, həm də Gürcüstan istiqaməti ilə çox böyük işlərə imza atacaq:

“Azərbaycan həm Avrasiyanın orta xəttində hab rolunu oynacaq, həm də öz layihələrini uğurla həyata  keçirəcək. Kim istəyir bu platformaya qoşula bilər, kim istəmirsə qoşulmasın. Bu dövlətlərin öz problemləridir. Bu günkü iqtisadi qlobal şəraitdə bu formata qoşulmaq və iqtisadi münasibətlərlə yanaşı, həm də siyasi münasibətləri inkişaf etdirmək əslində o ölkələrin maraqlarına cavab verir. Rusiya Prezidenti Vladimir Putinin dünən kommunikasiya xətlərinin bərpası ilə bağlı səsləndirdiyi fikirlərdə Türkiyə-Azərbaycanın təklifi ilə bu layihələrə nikbin baxdığını qeyd etməsi də onu göstərir ki, bu istiqamətdə yaxın vaxtlarda ciddi irəliləyişlər əldə ediləcək. Ancaq bunun “3+3” formatında olması bir qədər zaman alacaq. Bu platformanın “3+2” və ya “2+2″ formatında reallaşması daha məqbuldur. Artıq bundan sonra regionda kifayət qədər ciddi şəkildə Türkiyə və Azərbaycanın çəkisinin artdığının da şahidi olacağıq. Bütün bunlar bizim yeni geosiyasi konfiqurasiyanın əsasını qurmağımızda olduqca vacibdir”.

//Gülnarə Abasova, Editor.az