Tehranda İran, Rusiya, Azərbaycan, Türkiyə və Ermənistanın xarici işlər nazirləri “3+3” platformasının iclasının yekunlarına dair birgə bəyanat qəbul ediblər.
Məlumata görə, sənəd 9 bənddən ibarətdir.
Burada suverenliyə və ərazi bütövlüyünə hörmət, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, təhdidlərin və ya güc tətbiqinin qadağan edilməsi kimi məsələlərə öz əksini tapıb.
Bəyanatda Cənubi Qafqaz ölkələri arasında mədəni və iqtisadi əməkdaşlığın vacibliyi də vurğulanıb.
Oxu.az

