“3+3” platforması NİYƏ GECİKİR?- “Gürcüstan prosesdə rəsmi olaraq görünməsə də məxfi şəkildə…”backend

“3+3” platforması NİYƏ GECİKİR?- “Gürcüstan prosesdə rəsmi olaraq görünməsə də məxfi şəkildə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“”3+3″ əməkdaşlıq platformasında ona görə indiyə qədər irəliləyiş olmayıb ki, Rusiya-Ukrayna müharibəsində Gürcüstanın mövqeyi artıq dərinləşməli idi. Ancaq görünən odur ki, münaşiqə hələ çox uzanacaq. Qərb dövlətlərinin Ukraynaya külli miqdarda silah və maliyyə yardımı etməsi göstərir ki, onlar müharibənin uzanmasında maraqlıdırlar. Müharibənin uzanması ilə isə Rusiya büdcəsi üzərində böyük bir yükün əmələ gəlməsi və defolt olması hədəflənir. Bu mənada müharibə ilə bağlı mövqelər artıq aydınlaşmağa başlayır”.

Bu sözləri Editor.az-a açıqlamasında  beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib.

Siyasi analitikin sözlərinə görə, Rusiya yaxın günlərdə öz qələbəsini elan etsə belə cəbhə xəttində döyüşlər uzun müddət bitməyəcək və münaqişə ziddiyətli şəkildə davam edəcək:

“Gürcüstan 2008-ci il müharibəsində Rusiya qarşısında tək qalanda necə məğlub olduğunu bütün dünya gördü. Bu isə ətraf ölkələrin işğal prosesində Rusiyanın ilk təcrübəsi və uğuru idi. Bu baxımdan “3+3” formatı müharibədən sonra Cənubi Qafqazda yeni düzən formalaşdırmaqdan əlavə, həm də Ukrayna müharibəsinə bənzər müharibənin Qafqaza keçməsinin qarşısını almalıdır. Belə olduqda proseslərə mane olan Gürcüstan-Rusiya, İranın və Ermənistanın Azərbaycan-Türkiyəyə qarşı münasibətləridir. Nəticə etibarilə “3+3” bir neçə gün əvvələ qədər “3+2” formatında yaradılması nəzərdə tutulsa da, Denis Qonçarovun bununla bağlı son açıqlaması göstərir ki, Gürcüstanın  Ukrayna üzərindən verdiyi təhlükəsizlik zəmanətinə görə onun “3+3″ formatında iştirakı prinsipcə arzuolunan və mümkündür. Ola bilər ki, Gürcüstan bu prosesdə rəsmi şəkildə görünməyəcək ancaq yekun Deklorasiyanın imzalanmasında məxfi olsa da imzası yer alacaq”.

//Gülnarə Abasova, Editor.az