Oktyabrın 18-də İstanbulda Cənubi Qafqaz üzrə 3+3 formatında görüşün keçirilməsi planlaşdırılır.
Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirlərinin iştirakı gözlənilir.
Editor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. “Biz Cənubi Qafqaz ölkələri ilə 3+3 formatında iş aparırıq və məsləhətləşmələrimizi davam etdiririk”, – Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib. Rusiya tərəfinin iştirakı təsdiqlənib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, nazir Sergey Lavrovun danışıqlarda iştirakı təsdiqlənib.
Xatırladaq ki, 3+3 formatı ilkin olaraq altı iştirakçı ölkəni nəzərdə tutub: Cənubi Qafqazın üç dövləti – Azərbaycan, Ermənistan və Gürcüstan, həmçinin qonşu Rusiya, Türkiyə və İran. Lakin Gürcüstan son nəticədə danışıqlara qoşulmayıb. Bu əməkdaşlıq formatı Azərbaycan və Türkiyənin təşəbbüsü ilə yaradılıb.
Danışıqların birinci raundu 2021-ci ilin sonunda Rusiya paytaxtında baş tutub. Qeyd edək ki, 3+3 xarici işlər nazirlərinin sonuncu görüşü bir il əvvəl İranda olub.
//Samir Qurbanov, Editor.az

