“3+3” təşəbbüsü getdikcə yeni perspektivlər qazanır – Rusiyanın xarici işlər naziri Sergey Lavrovbackend

“3+3” təşəbbüsü getdikcə yeni perspektivlər qazanır – Rusiyanın xarici işlər naziri Sergey Lavrov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən “3+3” təşəbbüsü getdikcə yeni perspektivlər qazanır.

Editor.az bildirir ki, bu sözləri Rusiya Federasiyasının paytaxtına işgüzar səfərlə gələn azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“(Azərbaycan Prezidenti) İlham Əliyevin “3+3” adlandırılan regional platformanın – üç Cənubi Qafqaz ölkəsi və onların üç qonşusunun formalaşdırılması ilə bağlı “3+3” təşəbbüsü artıq formalaşmaqdadır. Bu həm də perspektivli formatdır. Bu istiqamətdə gələcək addımlarla bağlı qiymətləndirmələrinizi eşitməkdən şad olaram”, – Sergey Lavrov deyib.

Əvvəllər qeyd olunurdu ki, oktyabrda Lavrov və Bayramov telefon danışığında “3+3” platformasının təşviqini müzakirə ediblər. Rəsmi qurumların bu istiqamətdə fəal işi davam etdirməyə hazır olduğu vurğulanıb.

Xatırladaq ki, “3+3” platforması Azərbaycan Respublikası və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 2020-ci ildə yaradılıb.

//Samir Qurbanov, Editor.az