3 ayda 23 milyon manat əmanət geri çəkildibackend

3 ayda 23 milyon manat əmanət geri çəkildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ilin II rübündə şirkətlər “Ziraat Bank Azərbaycan”dan 22,6 milyon manat həcmində əmanəti geri çəkib. 

“Yeni Sabah” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Belə ki, bankın hüquqi şəxslər üzrə əmanət portfeli ilin ilk rübü ilə müqayisədə II rübdə 305,7 milyon manatdan 283,2 milyon manata enib. Başqa sözlə, bank sözügedən portfelin 7,4%-ni itirib.

Ən çox azalma hüquqi şəxslərin tələbli depozitlərində müşahidə edilib.

Qeyri-bank maliyyə institutlarının cari hesablarının da daxil olduğu tələbli depozitlərin ümumi həcmi 16,3 milyon manat azalaraq 210,9 milyon manata enib. İlk rübdə bu rəqəm 227,3 milyon manat təşkil edib.

Şirkətlərin “Ziraat Bank Azərbaycan”da müddətli depozitləri isə 8% və ya 6,27 milyon manat azalaraq 78,5 milyon manatdan 72,2 milyon manata enib.

Bununla belə, fiziki şəxslərin bankdakı əmanətlərinin hesabına “Ziraat Bank”ın ümumi depozit portfeli bu ilin ilk yarısında 7,6% artaraq 532,4 milyon manata çatıb.

Xatırladaq  ki, “Ziraat Bank Azərbaycan” 2014-cü ildə yaradılıb, onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i “Ziraat Bank”a (Türkiyə), 0,01% – “Ziraat Texnoloji Şirkəti”nə, 0,01%-i isə Ziraat Yatırım Menkul Değerler Şirkətinə (Türkiyə) məxsusdur.