2021-ci ildə ABŞ-ın Texas ştatında zibil qutusunda parçalanaraq yandırılan 3 nəfərin qətlindən məsul tutulan 44 yaşlı Ceyson Tornburq 42 nəfərin qətlində birinci dərəcəli qətldə təqsirli bilinib.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, o, 3 nəfəri vəhşicəsinə qətlə yetirdiyinə görə ölüm cəzasına məhkum edilib.
Qətlə yetirilən şəxslər yaşlı David Lueras, 34 yaşlı Lauren Phillips və 33 yaşlı Maricruz Mathisdir. Tornburqun həbs qərarına daxil olan məlumata görə, Tornburq polisə cinayətləri etiraf edib. Tornburq həmçinin həbs qərarına əsasən otaqdakı yanğında ölü tapılan otaq yoldaşı Mark Jewelli və Arizona səfərindən sonra “yoxa çıxan” sevgilisi Tanya Beqayı öldürdüyünü bildirib.
Polisə verdiyi müsahibə zamanı Tornburq bildirib ki, o, Müqəddəs Kitabı dərindən bilir və ona “qurbanlar təqdim etməyə” çağırılıb. Tornburqun vəkilləri müvəkkilinin ruhi xəstə olması səbəbilə təqsirli bilinməməsi lazım olduğunu müdafiə ediblər. Tornburq məhkəməsində münsiflər heyətinin hökmü ilə ölüm cəzasına məhkum edilib.
//Gülnarə Abasova, Editor.az