3 şəhid ailəsinin üzvü Kıbrıs Elm Universitetində pulsuz təhsil alacaqbackend

3 şəhid ailəsinin üzvü Kıbrıs Elm Universitetində pulsuz təhsil alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İslahatçı Gənclər” İctimai Birliyi Azərbaycanın Şanlı Qarabağ Zəfərində şəhid olmuş şəxslərin ailə üzvlərinin təhsil problemlərinin həlli üçün yeni layihəyə start verib. Bu barədə özünün sosial şəbəkə hesabında birliyin sədri Fərid Şahbazlı qeyd edib. Həmin statusu təqdim edirik

“Azərbaycanın Şanlı Qarabağ Zəfərində şəhid olmuş qardaşlarımıza necə faydalı olmaq haqqında düşünürük. Bu istiqamətdə şəhid ailələrinin üzvlərinin təhsil məsələlərinin həllinə yardımçı olmaq qərarı verdik. Bununla bağlı Türkiyə və Şimali Kipr Türk Respublikasının bir sıra universitetləri ilə danışıqlara başladıq. Və budur ilk müsbət nəticə əldə olundu.

Azərbaycanın Böyük Dostu, Dəyərli Hocamız Selman Arslanbaşın rəhbərlik etdiyi Kıbrıs Elm Universiteti 3 şəhid ailəsinin üzvünün(övladı, qardaş, bacı) 2021-2022-ci il təhsil ilində universitetdə tam ödənişsiz təhsil alması haqqında qərar qəbul etdi. 2021-2022-ci il təhsil ili elan edildikdən və qəbullar başladıqdan sonra meyarlar elan ediləcəkdir.

Hörmətli, Selman Hoca və Kıbrıs Elm Universitetinə böyük dəstəkləri üçün minnətdarıq və bunu heç zaman unutmayacağıq!

“İslahatçı Gənclər” İctimai Birliyi olaraq, bu istiqamətdə universitetlərimizlə danışıqlarımız davam edir”.