30-cu şöbə əməliyyat keçirdi – 3 nəfər həbs edildibackend

30-cu şöbə əməliyyat keçirdi – 3 nəfər həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Suraxanı rayonunda oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.

Publika.az xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisindəki 2 evdən ümumilikdə 1700 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri E.Əliyev və T.Rüstəmov saxlanılıblar.

Bundan başqa, Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində martın 21-də rayon ərazisində 1 avtomobildən 2400 manat və 4200 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Əliyev tutulub.