Qarabağ Azərbaycandır. Bu bəyanatla Ermənistanın hakim partiyasının deputatı Artur Hovhannisyan çıxış edib. O qeyd edib ki, ölkədə son üç onillikdə cəmiyyət “başqalarına məxsus olanı sevməyə məcbur olub”.
“Başqa ölkənin beynəlxalq səviyyədə tanınan torpaqlarından nə istəyirsiniz? Ermənistanın küçələrində gəzəndə özünüzü Vanda və ya İrəvanda hiss edirsiniz?”, – erməni deputat bildirib.
O, həmçinin respublika sakinlərini özlərinə gəlməyə çağırıb. “Biz hamımız əsl Ermənistanda yaşayırıq, ona görə də diqqətimizi ölkəmizə yönəltməliyik”,- Artur Hovhannisyan vurğulayıb.
//Samir Qurbanov, Editor.az