30 il ərzində yuxuda olan Minsk qrupunun qəfildən oyanmasının səbəbi nədir? -Ekspertdən AÇIQLAMA  backend

30 il ərzində yuxuda olan Minsk qrupunun qəfildən oyanmasının səbəbi nədir? -Ekspertdən AÇIQLAMA  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın xarici işlər naziri Zbiqnev Rau Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə ATƏT-in missiyasının Ermənistan-Azərbaycan sərhədindəki münaqişə zonasına göndərilməsi imkanları müzakirə edib.

Ermənistanın 30 il ərzində qanunsuz tutduğu ərazilərimiz, törətdiyi qırğınlar qarşısında bu münaqişənin həllinə hesablanmış Minsk qrupu Azərbaycan leyhinə hansı addımı atmışdı ki, indi də bu təxribatların qarşısını ala bilsin? ATƏT-in missiyasının belə əl-ayağa düşməsinin səbəbi nədir?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən siyasi şərhci Kənan Novruzov bildirib ki, bu, birbaşa olaraq ATƏT- in Minsk Qrupunu dirçəltmək cəhdləridir:

“Biz buna imkan verə bilmərik. Son vaxtlar həm Qərb, həm də Rusiya rəsmiləri bildirirlər ki, Ermənistan – Azərbaycan sərhədinə beynəlxalq müşahidəçilər cəlb edilməlidir. Bu, yolverilməzdir. Həmin tərəfləri düşündürən Azərbaycanın torpaq bütünlüyü, regional sabitlik deyil. Sadəcə bu yolla Cənubi Qafqazdakı mövcudluqlarını qorumaq istəyirlər. Xüsusilə Fransanın səmimiliyindən söhbət gedə bilməz. Biz rəsmi Parisin Qarabağ həqiqətlərinə necə yanaşdığını ötən otuz ildə, Minsk Qrupunun fəaliyyəti dövründə gördük. Fransada çox güclü erməni lobbisi var. Bu və ya digər səbəblərdən Paris çox vaxt İrəvanın saxta bəyanatlarını dəstəkləyib. Hansısa təşəbbüslərə etiraz etmək bizə qarşı istifadə oluna bilər. İrəvan və onun havadarları deyə bilərlər ki, Bakı sülh istəmir. Buna baxmayaraq elə etmək lazımdır ki, Türkiyə istisna olmaq istənilən üçüncü qüvvənin proseslərə təsir imkanı mane olsun. Nə Polşaya, nə Fransaya, nə də başqa dövlətə vasitəçilik adı ilə regionda “suları bulandırmasına” imkan verə bilərik. Düşünürəm ki, regiondakı sabitlik və gələcək sülh müqaviləsi yalnız  ikitərəfli əlaqələrin nəticəsində mümkün olacaq”.

//Safura Bənnayeva, Editor.az