Ağ Ev ABŞ prezidenti Co Bayden və Çin lideri Si Cinpin arasında mümkün görüş üçün hazırlıqlara başlayıb.
Editor.az “The Washington Post”a istinadən xəbər verir ki, görüş noyabrda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) forumunun keçiriləcəyi San-Fransiskoda baş tuta bilər.
Adı açıqlanmayan ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi Baydenin Çin lideri ilə görüşməyi səbirsizliklə gözlədiyini, lakin “hələ heç nə təsdiqlənmədiyini” söyləyib.
O, iddia edir ki, Pekin də APEC çərçivəsində iki ölkə liderlərinin görüşünü keçirmək istəyini ifadə edib. Çinin Vaşinqtondakı səfirliyi məlumatı şərh etməyib.
Xatırladaq ki, iyun ayında Çin səfirliyi Çin Müdafiə Nazirliyinin rəhbəri Li Şanfuya qarşı sanksiyalara görə Çinin ABŞ-la hərbi dialoqdan imtina etməsindən şikayətlənib.
Sentyabrda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb. Onlar Co Bayden və Si Cinpin arasında mümkün görüşü müzakirə ediblər.
Elə həmin ay ABŞ administrasiyası Çinin silahlı qüvvələrlə bağlı danışıqlara marağının əlamətlərini müşahidə etdiklərini bildirib.
//Samir Qurbanov, Editor.az

