“Pakistan-Azərbaycan qardaş ölkədir. İki ölkə arasındakı əməkdaşlıq hərbi-sənaye sahəsində geniş inkişaf yolu keçib. Bu konteksdə İkinci Qarabağ müharibəsində də Pakistanın Azərbaycana göstərdiyi siyasi dəstək də bunu əyani şəkildə sübut edir”.
Bunu Editor.az-a açıqlamasında deputat Rauf Əliyev deyib.
Deputat bildirir ki, Pakistan Ermənistanı bu günə qədər müstəqil ölkə kimi tanımır.
“Bu əsl qardaşlıq nümunəsidir. Azərbaycan isə Pakistana rəsmi şəkildə Cəmmu və Kəşmir məsələsində də dəstək göstərib. Birinci vitse-prezident Mehriban xanım Pakistanda məktəb də tikdirib. Bütün bunlar iki qardaş ölkənin birlik və bərabərlik nümunələridir.
A.Munir və İ.Əliyevin görüşünü gələcək əməkdaşlıq və diplomatik əlaqələr baxımından uğurlu hesab edə bilərik”.
//Mehin Vəliyeva, Editor.az

