“Azərbaycan-Gürcüstan əlaqələri strateji müttəfiqlik səviyyəsindədir” – MİLLƏT VƏKİLİ ŞƏRH ETDİbackend

“Azərbaycan-Gürcüstan əlaqələri strateji müttəfiqlik səviyyəsindədir” – MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gürcüstan-Azərbaycan əlaqələri sürətlə inkişaf edir”.

Bu sözləri Editor.az-a Azərbaycan-Gürcüstan əlaqələri ilə bağlı danışarkən millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, bir neçə dəfə ölkə başçısı İlham Əliyev ilə Gürcüstan baş naziri arasında görüş keçirilib: “Hazırda iki ölkə arasında əlaqələr strateji müttəfiqlik səviyyəsindədir. Bölgədə yeni reallıqlar formalaşıb və Azərbaycan bu yeni reallığın möhkəmləndirilməsi üçün addımlar atır. Təəssüf ki, Qərb isə bölgədə süni gərginlik yaratmağa çalışır, regiona sülhün gəlməsinə mane olur. Lakin Azərbaycan Qarabağda qələbəsini təmin edib və bu istiqamətdəki işlər davam etdirilir. Buna görə də müttəfiq ölkələrlə görüşlərin keçirilməsi, əlaqələrin daha da inkişaf etdirilməsi olduqca önəmlidir. Bu mənada Azərbaycan-Gürcüstan əlaqələrin daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır”.

//Səbinə Hüseynli, Editor.az