312 milyon dollarlıq narkotik maddə ələ keçirildibackend

312 milyon dollarlıq narkotik maddə ələ keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Zelandiyanın Gömrük xidməti və Polisi 3,2 ton çəkidə və təxminən 316 milyon dollar dəyərində kokain yükünü ələ keçirib.

Editor.az-ın məlumatına görə, bu barədə AFP xəbər yayıb. Narkotiklər Sakit okeanda aşkar edilib, lakin onların haradan götürüldüyü açıqlanmır. Polisin press-relizinə görə, “Hydros” adlı xüsusi əməliyyat 2022-ci ilin dekabrında başlayıb. Nəticədə 81 bağlama kokain ələ keçirilib.

Avstaliyaya aparılması nəzrədə tutulan narkotik maddələr Sakit Okeanda “üzən köçürmə nöqtəsi”ndə aşkarlanıb. Hərbi-dəniz kateri Yeni Zelandiyadan yüzlərlə kilometr şimal-qərbdə hərəkət edən narkotik salını saxlayıb.

Polisin təqdim etdiyi fotoda yükün torla bağlandığı və üzərinin sarı üzmələrlə örtüldüyü görünür. Bəzi bağlamaların üzərində Betmen simvolu var və içərisindəki kokain paketlərinin üzərində “dördyarpaqlı yoncaya bənzər” yazılar nəzərə çarpır.

  //Samir Qurbanov, Editor.az