34 yaşlı gənc Fransanın baş naziri təyin olundubackend

34 yaşlı gənc Fransanın baş naziri təyin olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

34 yaşlı təhsil naziri Qabriel Attal Fransanın baş naziri postuna təyin edilib.

Cənab Attal Fransa tarixində ən gənc baş nazir oldu. Yaxın vaxtlarda o, yeni hökumətin formalaşdırılması ilə bağlı təkliflərini prezident Emmanuel Makrona təqdim etməlidir.

Editor.az bildirir ki, bu barədə BFMTV xəbər verir. Qeyd edək ki, dünən, yanvarın 8-də Fransanın baş naziri Elisabeth Borne istefasını elan etdi və Makron bunu qəbul etdi. Xanım Born bir il yeddi ay nazirlər kabinetinə rəhbərlik edib.

Bu müddət ərzində o, 23 dəfə qəbul olunmayan qanunların parlamentdən keçməsinə imkan verən 49.3-cü konstitusiya dəyişikliyinə müraciət edib – xüsusən də etirazlara səbəb olan pensiya islahatında belə olub.

//Samir Qurbanov, Editor.az