34 yaşlı Qabriel Attal Fransanın yeni baş naziri oldubackend

34 yaşlı Qabriel Attal Fransanın yeni baş naziri oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron 34 yaşlı təhsil naziri Qabriel Attalı baş nazir təyin edib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Attal ölkə tarixində ən gənc baş nazir oldu.

Dünən istefa verən Fransanın baş naziri Elizabet Bornenin əvəzedicisi məlum olub.

Fransa prezidenti Emmanuel Makron 34 yaşlı təhsil naziri Qabriel Attalı baş nazir təyin edib.

Sosial media hesabında paylaşım edən Makron Attalın enerjisinə və bağlılığına güvəndiyini bildirib. Attal Makronun mesajını da paylaşıb.

Attalla yanaşı, 37 yaşlı müdafiə naziri Sebastien Lecornu da baş nazir postuna ən vacib namizəd kimi göstərilib.

Makrona yaxınlığı ilə tanınan Attal koronavirusun yayılması zamanı hökumət sözçüsü vəzifəsində çalışıb.

Attal 1984-cü ildə Fransua Mitteran tərəfindən təyin olunanda 37 yaşı olan sosialist Loran Fabiusu da geridə qoyaraq, müasir Fransa tarixində ən gənc baş nazir oldu.

//Səbinə Hüseynli, Editor.az