34 yaşlı qadın ərinin qəzəbindən canını qurtara bilmədi: Küçənin ortasında vəhşicəsinə bıçaqlandıbackend

34 yaşlı qadın ərinin qəzəbindən canını qurtara bilmədi: Küçənin ortasında vəhşicəsinə bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunda baş vermiş bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.

Belə ki, hadisə Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivində qeydə alınıb.

Məlumata görə, 39 yaşlı Anar Bayramov 34 yaşlı həyat yoldaşı Şəbnəm Həsənovaya bir neçə bıçaq zərbəsi vurub. Qadın qaçmaq istəsə də, əri onu küçənin ortasında tutaraq, daha bir neçə bıçaq zərbəsi endirib. Yaralı dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Qonşularının sözlərinə görə, qadın qonşuda qaldığına görə əri bunu qəbul etməyib:

“Onlar əvvəl çox mehriban idilər. Aralarında söz-söhbətlər son iki ayın içində baş verdi. Qadın qonşuda qalırdı. Əri öz evlərinə gəlməyini istəyirdi. O isə yoldaşı içib onu narahat etdiyinə görə evə getmirdi. Əri də bunu qəbul etmədi”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Anar Bayramov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində: