“35 milyon azərbaycanlının yaşadığı bir məkanda türk dilində təhsilə icazə verilməməsi böyük problemdir”- Millət vəkili ŞƏRH EDİRbackend

“35 milyon azərbaycanlının yaşadığı bir məkanda türk dilində təhsilə icazə verilməməsi böyük problemdir”- Millət vəkilindən ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tehrandakı Azad İslam Universitetində erməni dili və ədəbiyyatı bölməsinin açılması İranın daxili işidir. Bu, farsların erməni sevgisindən irəli gəlir. Biz bu məsələyə müdaxilə edə bilmərik. Amma 35 milyon azərbaycanlının yaşadığı bir məkanda türk dilində təhsilə icazə verilməməsi böyük problemdir və bu məsələnin həll olunmasına çalışılmalıdır. Belə bir qadağanın olmasına münasibətim çox mənfidir. Bu problemi aradan qaldırılması üçün ilk növbədə İranda yaşayan azərbaycanlılar kütləvi şəkildə hökumətdən ana dilində təhsili tələb etməlidirlər”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, İran azərbaycanlıların özləri ana dilində təhsil üçün mübarizə aparmalıdır:

“Belə olmadıqda, kənardan biz İrana necə müdaxilə edə bilərik? Bu mübarizə ilk növbədə orda yaşayan İranın azərbaycanlı əsilli vətəndaşları tərəfindən başlamalıdır. İkincisi isə İran dövlətinin azərbaycanlılara ana dilində təhsilə imkan verilməməsi ilə bağlı beynəlxalq təşkilatlara çağırışlar olunmalıdır. Ana dilində təhsilə qadağa qoyulması ilk növbədə insan haqlarının kobudcasına pozulmasıdır. Hesab edirəm ki, bu problemin həll olunması üçün insan haqlarını müdafiə edən beynəlxalq təşkilatlar işə cəlb olunmalı və onların əli ilə İrana təzyiq edilməlidir”.

//Gülnarə Abasova, Editor.az