Şri-Lanka prezidenti Anura Dissayanake Rusiya lideri Vladimir Putinə göndərdiyi məktubda BRİKS-ə qoşulmaqda maraqlı olduğunu bildirib.
Editor.az xəbər verir ki, bunu açıqlamasında Şri-Lankanın Moskvadakı səfiri Pakir Amza deyib. “Şri Lanka prezident Anura Dissayanakenin prezident Vladimir Putinə göndərdiyi məktubda BRİKS ailəsinə qoşulmaqda maraqlı olduğunu bildirib. Biz tərəfdaş ölkələr kimi iştirak etmək üçün digər BRİKS ölkələrinə də müraciət etmişik və onların müsbət cavabını gözləyirik”, – deyə o bildirib. Diplomat eyni zamanda qeyd edib ki, məktub oktyabrda göndərilib.
Qeyd edək ki, Şri Lankanın xarici işlər naziri Vijitha Herath oktyabr ayında BRİCS və Yeni İnkişaf Bankına üzvlük üçün müraciət etmək qərarına gəldiklərini açıqlamışdı. Herat bu birliyi BMT Sazişi çərçivəsində hərtərəfli çoxtərəfliliyi gücləndirərək qarşılıqlı faydalı əməkdaşlıq, sülh və inkişaf istəyini reallaşdıracaq effektiv tərəfdaşlıq kimi gördüklərini bildirib.
//Gülnarə Abasova, Editor.az

