Oktyabrın 10-na keçən gecə rus işğalçıları “Şahed-136/131” tipli kamikadze pilotsuz təyyarələrdən istifadə edərək Ukraynaya hücum edib.
Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı səhər hesabatında məlumat verib. Onun sözlərinə görə, 36 PUA-dan 27-sı məhv edilib.
“Bu gecə Rusiya Federasiyası “Şahed-136/131″ tipli 36 hücum PUA-dan istifadə etməklə Ukraynaya növbəti hava zərbəsi endirib. Hava hücumundan müdafiə qüvvələri və vasitələri düşmənin 27 “Şahed”ini məhv edib”, – məlumatda deyilir.
//Samir Qurbanov, Editor.az

