36 yaşlı kişi faciəvi şəkildə öldübackend

36 yaşlı kişi faciəvi şəkildə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboyda bədbəxt hadisə baş verib.

Editor.az oxu.az-a istinadən xəbər verir ki, Rayonun Nizami kəndində 36 yaşlı kişinin meyiti hamam otağında aşkarlanıb.

Mərhumun atası hadisənin təfərrüatından danışıb: “Kinoya baxırdıq. Dedi, çimməyə gedirəm. Yarım saat sonra qapını açdım ki, yerə yıxılıb”.

Qeyd edək ki, hadisə baş verən evdə ata və oğul birgə yaşayırmış. Həyatını itirən Tural Namazov kənddə bərbərlik fəaliyyəti ilə məşğul olurmuş. Faktla bağlı araşdırmalar davam etdirilir.