3676-ü uşaq olmaqla, 23 775 nəfər Rusiya ərazilərinə təxliyə edilibbackend

3676-sı uşaq olmaqla, 23 775 nəfər Rusiya ərazilərinə təxliyə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rəsmi Kiyevin yaratdığı bütün çətinliklərə baxmayaraq, ötən sutka ərzində 3676 nəfəri uşaq olmaqla, 23 775 nəfər Ukrayna tərəfinin iştirakı olmadan təhlükəli ərazilərdən çıxarılaraq Rusiya Federasiyasının ərazisinə təxliyə edilib”.

Editor.az rus mətbuatına istinadən xəbər verir ki, bu sözləri Rusiya Müdafiə İdarəsi Milli Mərkəzinin rəisi, general-mayor Mixail Mizintsev deyib.

Mizintsev həmçinin qeyd edib ki, Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan bəri 320 mindən çoxu uşaq olmaqla 2 milyondan çox insan Rusiyaya təxliyə edilib.

//Gülnarə Abasova, Editor.az