Türkiyənin daha bir hotelində dəhşətli yanğın: Şirkət müdiri saxlanıldıbackend

Türkiyənin daha bir hotelində dəhşətli yanğın: Şirkət müdiri saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Respublikasının Ədliyyə naziri Yılmaz Tunç Uludağda baş verən və iki nəfərin həyatını itirdiyi yanğınla bağlı açıqlama verib.

Oxu.Az bu barədə “Anadolu” agentliyinə istinadla xəbər verib.

Nazirin sözlərinə görə, yanğınla əlaqədar Bursa Respublika Baş Prokurorluğunun məhkəmə istintaqı başladıb, yanğının başvermə səbəbi və məsuliyyət daşıyanların müəyyən edilməsi üçün işlər aparılır.

“İstintaq çərçivəsində hoteli idarə edən şirkətin müdiri saxlanılıb”, – deyə o vurğulayıb.

Qeyd edək ki, yanğında xəsarət alan Türkiyə Xizək və Snoubord Müəllimləri Dərnəyinin sədri Yahya Usta, həyat yoldaşı Fikriye və oğlu -24-cü Pekin Qış Olimpiya Oyunlarında Türkiyəni təmsil edən milli xizəkçi Berkin Usta Uludağdakı tibb mərkəzinə çatdırılıb. Yahya Usta və Berkin Ustanı göstərilən tibbi yardıma baxmayaraq xilas etmək mümkün olmayıb.