Macarıstan Rusiya neftini əvəzləmək üçün Odessadan tədarükləri nəzərdən keçirirbackend

Macarıstan Rusiya neftini əvəzləmək üçün Odessadan tədarükləri nəzərdən keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macaristanın ən böyük neft şirkəti MOL, Rusiyadan boru kəməri ilə daxil olan neft tədarüklərinə alternativ axtarır. Şirkətin yüksək vəzifəli nümayəndəsinin sözlərinə görə, bu addım Avropa İttifaqının artan təzyiqləri fonunda atıla bilər.

Şirkətin tədarük zəncirinin idarə olunması üzrə baş vitse-prezidenti Sabolç Pal Sabo bildirib ki, ən real alternativ Ukraynanın Odessa limanı vasitəsilə neft idxalı və müvafiq boru kəmərinin bərpasıdır. Neft tankerlərlə Odessaya çatdırıldıqdan sonra Brodı şəhərinə nəql oluna bilər. Oradan isə “Drujba” (Dostluq) boru kəmərinin cənub qolu vasitəsilə nəql davam etdirilə bilər.

Qeyd edək ki, Odessa-Brodı marşrutu əvvəllər də istifadə olunub, lakin son illərdə aktiv olmamışdı. MOL bu marşrutun bərpasını regionda enerji təhlükəsizliyini gücləndirmək üçün mühüm addım hesab edir.

//Samir Qurbanov, Editor.az