40 milyon il yaşı olan nəhəng çay sistemi aşkar edilibbackend

40 milyon il yaşı olan nəhəng çay sistemi aşkar edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Antarktika suları altında 40 milyon il əvvəl mövcud olmuş nəhəng çay sistemi aşkar edilib. Qərbi Antarktidanın nəhəng buz təbəqəsini qazan geoloqlar vaxtilə təxminən 1600 km axan qədim çay sisteminin qalıqlarına rast gəliblər.

Editor.az xəbər verir ki, bu kəşf alimlər arasında yeni müzakirələrə səbəb olub. İndi alimlər bu kəşfin gələcəkdə planetə necə təsir göstərəcəyini araşdırırlar.

“Science Advances” jurnalında dərc olunan geoloqların fikirlərinə görə, məlum kəşf yerin tarixinə nəzər salır və ekstremal dəyişikliklərin planeti necə fərqli edə biləcəyini göstərir.

//Samir Qurbanov, Editor.az