40 saat yuxusuz qalan qadın yeni doğulan körpəsini və ərini öldürməyə çalışıbbackend

40 saat yuxusuz qalan qadın yeni doğulan körpəsini və ərini öldürməyə çalışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin Derbişir qraflığının Çesterfild şəhərində yaşayan 35 yaşlı Laura yerli televiziya kanallarından birində psixi sağlamlıq proqramında 40 saatlıq yuxusuzluqdan sonra doğuşdan sonrakı psixoz yaşadığını və ailəsini öldürməyə çalışdığını deyib.

Editor.az xəbər verir ki, halüsinasiya gördüyünü deyən, əri və körpəsi ilə birlikdə olmağın yeganə yolunun onları öldürmək olduğunu düşünən qadına doğumdan iki həftə sonra diaqnoz qoyulub. Qadın əlavə edib ki, əvvəllər heç vaxt psixi sağlamlıq problemi olmayıb.

“Daim kabuslar görürdüm. Kabuslarımda qızım və həyat yoldaşım ölürdü. Onlar ətrafa səpələnmişdilər. Ona görə də yatmaq istəmirdim. Həyat yoldaşım yatarkən ona qarşı aqressiv davranmağa başladım. Bunları edən mən olmasam da, özümü günahkar hiss etməyə davam edirəm”,- deyə o bildirib.

Postpartum psixoz, doğum edən hər 1000 anadan 1-də baş verən ciddi psixi sağlamlıq xəstəliyi kimi tanınır. Postpartum psixoz təcili tibbi yardım kimi müalicə tələb edir.

Halüsinasiyalar, hezeyanlar, mani, aşağı əhval-ruhiyyə və qarışıqlıq kimi simptomlar adətən ilk iki həftə ərzində görünür.

//Gülnarə Abasova, Editor.az