“40 yaşından yuxarı insanı heç kəs işə götürmək istəmir” -Deputat ETİRAZ ETDİbackend

“40 yaşından yuxarı insanı heç kəs işə götürmək istəmir” –Deputat ETİRAZ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mütləq şəkildə gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmalıdır”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı  Fazil Mustafa deyib.

Millət vəkili bildirib ki, bu mövzuda əhalini kateqoriyalara bölmək doğru olmaz:

“Çünki yaşayış səviyyəsinin yaxşılaşdırılması, xüsusilə əmək haqlarının azlığı və evlərin çətinliklə əldə edilməsi məsələsi ümumi problemlərdir. Əsasən də mənzillərin əldə edilməsində elə şərtlər qoyulmalıdır ki, əhalinin bütün təbəqələri bundan asanlıqla yararlana bilsin. Bu gün əhali arasında ən çox əziyyət çəkən təbəqə yaşı pensiya yaşına çatmağa az qalan şəxslərdir. Yaşı biraz çox olan insanı işdən çıxarırlar, qalır işsiz. Yaşı 40-ı keçən şəxsi heçkəs işə götürmək istəmir. Bəs işdən azad edən düşünürmü ki, işinə son qoyduğu 40 yaşlı şəxs təcrübəli kadrdır? İndi kimsə nazir təyin olunan kimi göstəriş verir ki, ortayaşlı və ya yaşlı təbəqə işdən dərhal azad olunsun. Bu insanlar nə etsin? Müəssisələrdə, dövlət qurumlarında idarəetmə yenilənməlidir. İstər yaşlı , istər gənc təcrübəli kadrlardan istifadə edilməlidir, təcrübəsiz şəxslərə isə işi öyrənmək üçün şərait yaradılmalıdır”.

//Gülnarə Abasova, Editor.az