Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya Ukraynaya qarşı hərbi əməliyatlarda iştirak üçün Suriyada muzdlular üçün işə qəbul mərkəzləri açılıb və artıq 400-ə yaxın muzdlu Rusiyaya gəlib.
Onların yerləşdirilməsi və təlim keçilməsi üçün Ukrayna sərhədi yaxınlığında – Rostov (RF) və Qomel (RB) vilayətlərində düşərgələr yaradılıb. Bu barədə Editor.az “Ukrainskaya Pravda”ya istinadən məlumat yayıb: “Ukrayna hərbçiləri ölkəni müdafiə edən digər qüvvələrlə qaşılıqlı əlaqə şəraitində düşmənin qarşısını əminliklə alır, ona canlı qüvvə və hərbi texnika sarıdan itkilər verir, düşmənin şəxsi heyətini həm döyüş əməliyyatları zonasında, həm də ehtiyat qüvvələrin formalaşdırıldığı düşərgələrdə mənəvi-psixoloji depressiyaya uğradır ”, – Ukrayna Silahlı Qüvvələrinin bəyanatında deyilir. Bundan əvvəl Ukrayna kəşfiyyatı təcavüzkar dövlətin əcnəbi muzdlulara aylıq 300-600 dollar arasında maaş verəcəyi barədə məlumat yaymışdı.
Editor.az

