41 yaşlı kişi “Kia”nın içərisində yanaraq öldübackend

41 yaşlı kişi “Kia”nın içərisində yanaraq öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabad rayonunun Bulduq kəndində “Kia” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1980-ci il təvəllüdlü Qəniyev Rafət Rafiq oğlunun yanmış meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.