42 min əsgər, 120 təyyarə, 20 gəmi – NATO tətikdəbackend

42 min əsgər, 120 təyyarə, 20 gəmi – NATO tətikdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO 42 min əsgər, 120 təyyarə və 20-dən çox gəmini ən yüksək döyüş hazırlığı səviyyəsinə çatdırıb.

Bu barədə cümə axşamı Brüsseldə keçirilən mətbuat konfransında NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin (JAF) ali komandanı, amerikalı general Tod Uolters bildirib.

“Avropada ali baş komandan kimi mənim rəhbərliyim altında hazırda yüksək döyüş hazırlığı vəziyyətində olan 42 min nəfərdən çox insanımız və 120 təyyarəmiz var, 20-dən çox gəmi də hazır vəziyyətdədir”, – deyə TASS Uoltersdən sitat gətirib.

NATO həmçinin Baltik və Qara dəniz də daxil olmaqla hərtərəfli çəkindirmə tədbirləri tətbiq etmək niyyətindədir.

Teleqraf.com