“Hakimiyyət 2020-nin sentyabrında 2 gün əvvəldən müharibənin başlayacağına dair kəşfiyyat məlumatı əldə etmişdi. Bu, artıq təsdiqlənmiş faktdır”.
Bu fikirləri Ermənistan parlamentinin müxalif deputatı Tiqran Abramyan deyib.
O iddia edib ki, rəsmi İrəvan sentyabrın ortalarından etibarən artıq müharibənin başlayacağını ehtimal edirdi:
“Qarabağda məlumatlar var idi ki, Ermənistan hakimiyyətinə hələ sentyabrın ortalarında müharibə olacağı haqda informasiya çatdırılıb, lakin hakimiyyət bundan lazımi nəticələri çıxarmayıb.
Müharibənin qaçılmaz nəticələrinin və ağır itkilərin əsas məsuliyyəti hakimiyyət piramidasının başında duran şəxsə düşür. Onun hərəkətləri və zəruri qərarların olmaması ölkə üçün bitməyən fəlakətlər silsiləsi yaradıb”.
Globalinfo.az

