“44 günlük savaşda məğlub olan tərəf yalnız Ermənistan deyil “-Politoloqdan AÇIQLAMAbackend

“44 günlük savaşda məğlub olan tərəf yalnız Ermənistan deyil “-Politoloqdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ münaqişəsi artıq öz həllini tapıb. 44 günlük savaşda ağır məğlubiyyətə düçar olan yalnız Ermənistan və qondarma rejim deyil, həm də onların regionda və qərbdə olan havadarlarıdır.Hərbi kampaniyada uduzanlar taktik manevrlərlə qurulacaq diplomatik masada özlərinə yer etməyə,guya söz sahibi olmağa, kiçicik də olsa Azərbaycandan ermənilər üçün muxtariyyət qoparmağa çalışırlar”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev bu günlərdə “France 24” kanalına verdiyi reportajda bu məsələyə nöqtəni qoydu:

“Muxtariyyət belə olmayacaq. Hesab edirəm ki,savaşda qazandığımız parlaq qələbəni diplomatik masada da qazanacağıq. ATƏT -in  Minski qrupunun Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqlarına müdaxilə etmək cəhdləri nəticə verməyəcək, versə belə bu formallıqdan uzağa getməyəcək. Hətta sülh danışıqlarında bəzi ermənipərəst qüvvələrin ehtimal iştirakı belə Ermənistanı diplomatik kapitulyasiyadan qurtarmayacaq. Çünki regionda söz sahibi olmayan,ciddi etibar itirmiş ölkələrin səmimiyyətinə heç kim inanmır və inanmamaqdada haqlıdır. Azərbaycan regionda yeganə hərbi,siyasi,iqtisadi gücdür və bu gücün maraqları təmin olunmadan heç bir iqtisadi-siyasi proyektin nəinki yaşamaq, həyata keçmək şansı belə yoxdur”.

//Gülnarə Abasova, Editor.az