45 ildən sonra ikinci dəfə başından zərbə aldı, yaddaşı bərpa olundubackend

45 ildən sonra ikinci dəfə başından zərbə aldı, yaddaşı bərpa olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda 45 il əvvəl itkin düşən bir kişi ikinci baş zədəsi sayəsində ailəsini tapa bilib.

Adam 16 yaşında ikən başından zərbə alıb və yaddaşını tamamilə itirib. Yeniyetmə adını dəyişib, doğma şəhərini tərk edib və başqa bir ştata köçüb. Ailəsi onu tapmaq üçün uzun müddət çalışsa da, sonda ümidini itirib və onun öldüyünü düşünüb.

İllər keçdikcə kişi evlənib və üç uşaq atası olub. Lakin bir neçə ay əvvəl o, yenidən başından xəsarət alıb və bundan sonra keçmişin xatirələri geri qayıtmağa başlayıb. Xatirələr birdən-birə üzə çıxıb: tanış kəndləri, manqo bağlarını, təpələri görüb və ərazinin adını – Sataunu xatırlayıb. Keçmişin bu fraqmentləri ona evə qayıtmağa kömək edib.

45 ildən sonra nəhayət ki, bacı-qardaşları ilə yenidən qovuşub. Ailənin yeganə peşmançılığı valideynlərinin oğullarının hər zaman sağ olduğunu anlamaq üçün kifayət qədər uzun yaşamamasıdır.

//Samir Qurbanov, Editor.az